Ruslar dronlarla Kiyeva hücum etdi

 09:56 14.12.2022     206

Ruslar Ukraynaya səhər saatlarında pilotsuz təyyarələrlə hücum ediblər.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, hava hücumu hələ də davam edir.

Məlumata görə, dekabrın 14-ü saat 6:00 radələrində Ukraynanın üç regionunda - Kiyev, Jitomir və Vinnitsada hava xəbərdarlığı elan edilib.

Eyni zamanda Kiyev vilayətində partlayışların eşidildiyi barədə xəbərlər gəlməyə başlayıb.

Daha sonra Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba hava hücumundan müdafiə sisteminin işlədiyini təsdiqləyib.

Paytaxt meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenkovski rayonunda partlayış səsləri eşidilib.

Daha sonra Kliçko əlavə edib ki, səhər saat 7:25-də rusların istifadə etdiyi İran kamikadzelərinin xeyli hissəsi artıq vurulub.

Həmidə İbrahimova