Moldova “Qazprom”u məhkəməyə VERİR

 10:17 14.12.2022     186

Moldova hökuməti ölkədə enerji böhranı yaratmaqda ittiham etdikləri Rusiyanın enerji nəhəngi “Qazprom”u məhkəməyə verə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Moldova baş nazirinin müavini Andrey Spinu bildirib.

Onun sözlərinə görə, Moldovanı qlobal bazarda qaz və elektrik enerjisi almağa vadar edən vəziyyətin günahkarı "Qazprom"dur.

"Biz müqaviləni yerinə yetirmədiyinə görə şirkəti məhkəməyə verməyə hazırlaşırıq", - deyə Spinu deyib.

Nərmin VÜQARQIZI