ABŞ Suriyada yenidən PKK/YPG ilə birgə patrul nəzarətlərinə başladı
ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder Türkiyənin Suriya və İraqda PKK/YPG terror təşkilatına qarşı hava əməliyyatından sonra onlarla birlikdə patrul nəzarətinə başladığını açıqlayıb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Rayder Türkiyənin Suriyada PKK/YPG-yə qarşı mümkün quru əməliyyatı ilə bağlı sualları şərh etməyəcəyini bildirib.
“ABŞ adından deyə bilərəm ki, Suriya Demokratik Qüvvələri ilə birgə əməliyyatlarımız dekabrın 9-dan etibarən tam olaraq yenidən başlayıb. Qeyd edirəm ki, yerli tərəfdaşlarla işləməyimiz İŞİD-in yenidən baş qaldırmaması üçündür”,- deyə general deyib.
Xatırladaq ki, terror təşkilatı PKK/YPG-nin İstanbulun İstiqlal küçəsində törətdiyi bombalı hücumdan sonra Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya və İraqda bir çox terror qruplarına qarşı hava əməliyyatı həyata keçirib.
“Pəncəli Qılınc” adlanan əməliyyatdan sonra ABŞ və PKK/YPG terror təşkilatı bölgədəki birgə patrullarını azaldıb.
Həmidə İbrahimova












