Ukraynada bir neçə yaşayış məntəqəsinin işğalının qarşısı ALINDI

 10:25 14.12.2022     294

Ukrayna hərbçiləri Xarkov, Luqansk və Donetsk vilayətlərinin 14 yaşayış məntəqəsi ərazilərində rus işğalçılarının hücumlarını dəf edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Qryanikovka, Luqansk vilayətinin Novoselovskoe, Çervonopopovka, Serebryanskoe və Beloqorovka yaşayış məntəqələri ərazilərində rus işğalçılarının hücumlarını dəf edib", - məlumatda deyilir.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən