Avropa Parlamenti yunan deputatı vəzifəsindən məhrum etdi

 11:04 14.12.2022     387

Avropa Parlamenti, Brüsseldə Qətərdən rüşvət almaqda ittiham olunan Yunanıstanlı deputat Eva Kailini Assambleyanın vitse-prezidenti vəzifəsindən kənarlaşdırıb.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, deputat Kaili hər hansı bir qanun pozuntusunu inkar etsə də, lakin Avropa qanunvericiləri onu təcrid etmək üçün sürətlə hərəkətə keçiblər.

Belçika polisi tərəfindən saxlanılan Kaili parlamentdəki 14 vitse-prezidentdən biri olub.

Məlumata görə, Belçika prokurorları onu və üç italiyalını həftə sonu cinayət təşkilatında iştirakda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham edib.

İstintaqa yaxın mənbə bildirib ki, onların futbol üzrə dünya çempionatının hazırkı ev sahibi Qətərdən pul rüşvət aldığı güman edilir. Enerji ilə zəngin olan körfəz dövləti isə hər hansı bir qanun pozuntusunu rədd edib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən