Ukrayna ordusu bir gündə 740 rus hərbçisini MƏHV ETDİ

 13:45 14.12.2022     321

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 96000-ə yaxın (+740) nəfər canlı qüvvəsi, 2970 (+4) tank, 5937 (+7) ədəd zirehli döyüş maşını, 1931 (+0) ədəd artileriya sistemi, 404 (+0) reaktiv yaylım atəşi sistemi, 211 (+0) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 1617 (+0) PUA, 592 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4562 (+13) avtomobil texnikası və avtosistern, 171 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2