Jan-Klod Van Damdan Ukraynaya dəstək

Hollivud aktyoru Jan-Klod Van Damm Zakarpat bölgəsində Ukrayna hərbçiləri ilə görüşüb.
Redaktor.az "UNİAN"a istinadla bildirir ki, o, müdafiəçilərin əhatəsində “Yaşasın Ukrayna!” və “Qəhrəmanlara eşq olsun!” deyib.
Bu videonu Sergey Sternenko öz Telegram kanalında paylaşıb.
Qeyd edək ki, Van Damın Ukraynaya ilk gəlişi deyil.
O, ilk dəfə ölkəmizə 2020-ci ildə “Sonuncu muzdlu” komediyada çəkilərkən Ukraynaya gəlib.
Və bu yaxınlarda onu Zaporojyedəki özəl klinikalardan birində görüblər. Aktyoru ora gəlişinin səbəbi məlum deyil.
O, bu barədə heç bir açıqlama verməyib və həkimlərə səfərinin səbəbini yaymağı qadağan edib.
Jan Klod Van Damm indiyədək Rusiyanın Ukraynanı işğal etməsi barədə danışmayıb. Ekspertlər onun bu hərəkətini Vladimir Putin və Ramzan Kadırovla dostluğu ilə əlaqələndirirlər.
Tunar Altunbay