İran dronlarının heç biri hədəfinə çatmadı - Podolyak

 15:25 14.12.2022     519

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya tərəfindən İran dronları ilə Kiyev və digər şəhərlərə zərbələr endirilməsi ilə bağlı yeni məlumatlar açıqlayıb.

Redaktor.az xəbər verir ki, Podolyak bu barədə tviter səhifəsində yazıb.

"13 İran dronundan heç biri hədəfə çatmadı. Hamısı havada məhv edilib. Bu, müdafiəçilərimizin güclü olmasını və işğalçıların "müttəfiqlərin dəstəyinin nəticəsini" göstərir. Ukraynanın hava hücumundan müdafiə sistemləri həyatları xilas edir, lakin bizim hələ çox işimiz var", - deyə müşavir qeyd edib.

Xatırladaq ki, bu gün, səhər saatlarında Rusiya ordusu pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna şəhərlərinə hücum etmişdi. 24 fevralda başlayan müharibə davam etməkdədir.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən