Peskov Rusiyanın Ukraynada yeni hədəflərini açıqladı: Odessa və Çerniqov

"Hər şey vətəndaşların seçimindən, insanların qərarından asılıdır"
Redaktor.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Odessa və Çerniqovun Rusiya Federasiyasına qoşulma ehtimalını şərh edərkən deyib.
"Bu gün qarşımızda əsas vəzifə Donetsk və luqanskda insanları qorumaqdır. Biz Donetskdə çətin vəziyyət görürük və bizim ordumuz ilk növbədə buna diqqət yetirir. Ona görə də, xüsusi hərbi əməliyyat davam edir", - Peskov vurğulayıb.