Britaniya Çinin 5 diplomatını və baş konsulunu ölkədən qovdu

Çinin Mançesterdəki Baş Konsulluğunun 6 əməkdaşı, o cümlədən baş konsul Zheng Xiyuan Britaniya tərəfinin tələbi əsasında Böyük Britaniyadan geri çağırılır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu gün özünün Tviter hesabında dərc olunan bəyanatında deyilir.
"Biz hamımız Mançesterdəki Çin konsulluğunun qarşısında baş verən insidentin narahatedici videosunu gördük. Cavab olaraq, qanunun aliliyinə sadiqliyimizə əsaslanan prosesə başladıq. Böyük Mançester polisi araşdırma başlatdı və bunun bir hissəsi olaraq bundan əlavə, altı çinli məmurun dindirilməsi üçün onların diplomatik toxunulmazlığından məhrum edilməsini tələb etdi. Biz Çin Səfirliyinə məlumat verdik və bu gün başa çatan müddət təyin etdik və Çin tərəfdən tədbir gözlədiyimizi açıqladıq. Cavab olaraq bizim xahişimizə görə, Çin hökuməti baş konsul da daxil olmaqla bu məmurları Böyük Britaniyadan geri çağırıb", - deyə nazir bildirib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bu addımına səbəb oktyabrın 16-da Mançesterdəki Çin Baş Konsulluğunda baş vermiş insident, bir neçə onlarla fəalın binanın qarşısında etiraz aksiyası keçirməsi olub. Həmin vaxt Mançester polisinin məlumatına görə, ÇXR-də demokratik islahatların tərəfdarı olan nümayişçilərdən biri Çin diplomatik nümayəndəliyi tərəfindən konsulluğun ərazisinə sürüklənib və orada ona qarşı güc tətbiq edilib. Baş Konsulluqdan verilən məlumata görə, xəsarət alan gənc Konsulluğun ərazisinə daxil olmaq istəyib və işçilərdən birinin paltarını götürüb və oradan dartıb çıxarmağa çalışıb. Hadisədən sonra ÇXR-in Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Yanq Syaoquanq Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb və dinc nümayişlər hüququna hörmətlə yanaşılması, eləcə də Britaniya qanunlarına riayət edilməsinin zəruriliyi barədə məlumat verilib.
Turan ASLAN