Əkrəm İmamoğlu 2 il 7 ay müddətinə azadlıqdan məhrum edildi

 19:04 14.12.2022     662

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun YSK üzvlərini təhqir etdiyi üçün mühakimə olunduğu iş üzrə hökm açıqlanıb.

Redaktor.az "habertürk"ə istinadla xəbər verir ki, İmamoğlu 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Bu qərar Apellyasiya Məhkəməsinə gedəcək. İmamoğlunun 2 il 7 ay 15 gün həbs cəzası qüvvədə qalacağı təqdirdə o, Ali Məhkəməyə gedəcək. Ali Məhkəmə qərarı təsdiq edərsə, İmamoğlu siyasətdən uzaqlaşdırılacaq.

Qərardan sonra İmamoğlu həbsxanaya getməyəcək.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən