Almaniya ABŞ-dan 35 ədəd F-35 qırıcısı alacaq - Bundestaq təsdiqlədi

 19:17 14.12.2022     481

Almaniya Bundestaqının Büdcə komitəsi Amerikanın müdafiə nəhəngi Lockheed Martin tərəfindən istehsal olunan beşinci nəsil F-35 qırıcılarının Almaniya tərəfindən alınmasına dair ABŞ ilə müqaviləni təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilənin dəyəri 10 milyard avro qiymətləndirilir. Ümumilikdə Almaniya 2026-cı ildə təhvil veriləcək ilk 8 təyyarə ilə raketlər və digər silah və avadanlıqlar da daxil olmaqla 35 ədəd F-35 qırıcısı almaq niyyətindədir. Bu, Reuters-in məlumatına görə, Berlinin Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün xüsusi yaradılmış fonddan 100 milyard avro məbləğində pul alacağı ilk iri müdafiə layihələrindən biridir.

Qeyd edək ki, bundan əvvəl Bundestaqın büdcə komitəsinin üzvləri Amerika təyyarələrinin planlaşdırılmış alınması ilə bağlı mümkün risklərdən narazılıqlarını bildiriblər. Dekabrın əvvəlində Bild am Sonntag qəzeti Müdafiə Nazirliyinin Büxel aerodromunun (Reynland-Pfalz) yenidən qurulmasına və fəaliyyət üçün milli icazənin verilməsinə də təsir göstərə biləcək əhəmiyyətli kommersiya riskləri barədə xəbərdarlıq etdiyi gizli sənəd haqqında məlumat verdi.

Xatırladaq ki, noyabrın 30-da Berlin Təhlükəsizlik Konfransında çıxış edən Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya bu il Amerikanın beşinci nəsil F-35 qırıcılarının alınması üçün müqavilə bağlamağı planlaşdırır. Almaniyada atom bombası olmamasına baxmayaraq, alman təyyarələri hərbi əməliyyatlar zamanı Amerika nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu vəzifə istismar müddətinin 2025-ci ildə başa çatacağı gözlənilən Tornado təyyarələrinə həvalə edilib. Hələ 2019-cu ildə Berlinin F-35-lərini dəyişdirmək niyyətində olduğu barədə məlumatlar ortaya çıxdı.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən