"İndiki reallıqlarda MDB-nin əhəmiyyəti daha da artacaq" - Lavrovdan AÇIQLAMA
Müstəqil Dövlətlər Birliyinin (MDB) indiki reallıqlarda əhəmiyyəti daha da artacaq.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vahid Rusiya" partiyasının təşkil etdiyi "Avrasiya seçimi suverenliyin möhkəmləndirilməsinin əsası kimi" beynəlxalq partiyalararası konfransda deyib.
"Biz MDB çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsində maraqlıyıq. İştirakçıların sayına, qarşılıqlı fəaliyyət formalarının və sahələrinin müxtəlifliyinə görə, əməkdaşlıq istiqamətinin demək olar ki, bütün sahələri əhatə etdiyi regional inteqrasiya birliyi kimi Birliyin hazırda analoqu yoxdur. İndiki reallıqlarda MDB-nin əhəmiyyəti daha da artacaq”, - deyə o bildirib.
Lavrov deyib ki, MDB-nin ən geniş mandatı demək olar ki, istənilən məsələni müzakirə etməyə imkan verir: siyasətdən iqtisadiyyata, təhlükəsizlik, mədəniyyət, təhsilə qədər.
XİN başçısının sözlərinə görə, Rusiya tərəfdaşları ilə birlikdə MDB çərçivəsində yüksək praktiki gəlir göstərən əməkdaşlıq mexanizmlərinin çökməsinin qarşısını almaq üçün işləyir. Bu, ilk növbədə, azad ticarət zonası, nəqliyyat və logistika infrastrukturu haqqında sazişə, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə səviyyəsinin artırılmasına aiddir”, - Lavrov bildirib.
Turan ASLAN












