Polşa Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıdı
Polşa parlamentinin aşağı palatası (Seym) Rusiyanın terrorizmi dəstəkləyən ölkə kimi tanınması barədə qətnamə qəbul edib.
Redaktor.az xəbər verir ki, qətnamənin qəbul edilməsinə 231 deputat səs verib, 226 deputat bu səsvermədə iştirak etməyib.
"Polşa Respublikasının Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror üsullarından istifadə edən dövlət kimi tanıyır", - sənədin mətnində deyilir.
Sənəddə bildirilir ki, Rusiya insan haqlarını, beynəlxalq hüququ və BMT Nizamnaməsini, eləcə də bir sıra digər öhdəlikləri sistemli şəkildə pozur.
Bundan əlavə, Rusiya Federasiyası digər ölkələrin ərazilərinə hücum edir, hərbi cinayətlər və soyqırımlar törədir, həmçinin, xüsusilə enerji sahəsində düşmənçilik fəaliyyəti həyata keçirir.
Rusiya 2014-cü ilin iyulunda 298 sərnişin və ekipajın ölümü ilə nəticələnən Malayziya Hava Yollarına məxsus (MH17) təyyarəsinin və o cümlədən 2010-cu ilin aprelində Smolenskdə Polşa Respublikasının Prezidenti Lex Kaçinski, Polşa hökumətinin nümayəndələri, Polşa və NATO-nun yüksək rütbəli hərbi rəhbərləri, eləcə də Polşa parlamentinin üzvlərinin ölümü ilə nəticələnən Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulmasına görə birbaşa Rusiya birbaşa məsuliyyət daşıyır.
Seym qeyd edib ki, Rusiya “Ukraynaya qarşı vəhşi və qeyri-qanuni təcavüzü” davam etdirir. Onlar Rusiyanın Ukrayna limanlarını blokadaya alaraq və müharibə elan etmədən onlara aparan gəmiçilik yollarını iflic etməklə beynəlxalq quldurluq aktını pisləyiblər.
"Rusiya hərbçiləri işğal olunmuş ölkənin bütün ərazisində terror aktları həyata keçirir, nəticədə minlərlə insan, o cümlədən çoxlu uşaq həlak olub. Rusiya Federasiyası və onun silahlı strukturları və birləşmələri mülki infrastruktura qarşı terror aktları törədirlər. kütləvi edamlar və adam oğurluqları, cinsi zorakılıq və işgəncələr, uşaqların ruslaşdırılması məqsədilə ailələrdən ayrılması, əhalinin kütləvi surətdə deportasiyası, Ukrayna vətəndaşlarının Rusiya silahlı qüvvələrinə məcburi çağırılması və əmlakın oğurlanması ilə Cenevrə Konvensiyasını dəfələrlə pozur. Hərbi əsirlərlə vəhşicəsinə rəftar edili”, - deputatlar qeyd ediblər.
Seym həmçinin beynəlxalq ictimaiyyəti Ukraynaya müharibə təzminatlarının ödənilməsi və müharibə ilə bağlı itkilər verən dövlətlərə, təşkilatlara və şəxslərə kompensasiyaların ödənilməsi mexanizmini hazırlamağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurası Parlament Assambleyası Rusiya rejimini terrorçu eln edib.
Rusiya Federasiyasının cinayətlərini araşdırmaq üçün xüsusi Beynəlxalq Tribunalın yaradılmasını tələb edən oxşar qərar NATO Parlament Assambleyası tərəfindən də qəbul edilib.
Noyabrın 23-də Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.
Bildiyiniz kimi, dekabrın əvvəlində Polşa Seymi Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamə qəbul edə bilmədi. Qərar Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə bağlı düzəlişlə bağlı qəbul edilməyib.
Tunar Altunbay












