Saakaşvili tanınmaz hala düşüb - VİDEO

 11:28 15.12.2022     444

2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılan sabiq prezident Mixail Saakaşvilinin müalicəsinin davam etdiyi klinikada görüntüləri ictimaiyyətlə paylaşılıb.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi Həbsxana Xidməti tərəfindən məlumat verilib. 

Paytaxt Tbilisidəki "Vivamedi" klinikasında aylardır davam edən müalicə prosesi ilə bağlı görüntülərdə sabiq prezidentin tibb işçilərinə qarşı “aqressiv” davranışları diqqəti cəlb edib. Görüntülərdə Saakaşvilinin özünün də hədddindən artıq zəiflədiyi, hətta hərəkət etməkdə çətinlik çəkdiyi aşkar görünür.

Həmin görüntüləri təqdim edirik: 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən