Sanksiya məhdudiyyətləri problemlər yaradıb - Putindən ETİRAF

 17:15 15.12.2022     404

Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiya məhdudiyyətləri yeni imkanlar açır və tam suverenliyə malik iqtisadiyyat qurmaq üçün stimuldur.

Redaktor.az TASS-a istinadıla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və milli layihələr üzrə Şuranın iclasında bildirib.

"Sanksiya məhdudiyyətləri ölkəmiz qarşısında bir çox çətin vəzifələr qoyub. Komponentlərlə bağlı problemlər, texnoloji həllərin çatışmazlığı, adi logistika pozulub. Digər tərəfdən, bu, yeni imkanlar açır, tam, qismən deyil, texnoloji, istehsal, kadr və elmi suverenliyə malik iqtisadiyyatı olan bir dövlət qurmaq üçün stimuldur. Mən vurğulayıram ki, təkcə bəzi vəzifələrin dəyişdirilməsi deyil, süni intellekt, transfer, yeni sənaye texnologiyaları, mühüm sahələrdə liderliyə nail olmaq lazımdır”, - deyə prezident qeyd edib.

Turan İSMAYIL