"Biz heç vaxt özünütəcrid yolu tutmayacağıq" - Rusiya prezidenti

 17:46 15.12.2022     400

“Rusiya Qərbin sanksiyaları ilə mübarizə aparmaq üçün yeni tərəfdaşlarla, o cümlədən qaz axınını şərq qonşularına keçirməklə ticarət əməkdaşlığını genişləndirəcək”.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin televiziyada çıxışı zamanı deyib.

"Biz logistika və maliyyə sahəsində məhdudiyyətləri aradan qaldıracağıq. Nəzərinizə çatdırım ki, Qərb ölkələri sanksiyalar tətbiq etməklə Rusiyanı dünya inkişafının periferiyasına itələməyə çalışırdılar. Amma biz heç vaxt özünütəcrid yolu tutmayacağıq"- deyə dövlət başçısı bildirib.

Qeyd olunur ki, Ukraynada müharibə başlayandan bəri Rusiyanın Avropaya enerji satışları kəskin şəkildə azalıb. Putin Şərqə qaz satışını artıracağını bildirib və Türkiyədə yeni “qaz qovşağı” qurmaq planını təkrarlayıb.

Putin bildirib ki, o, Avropaya qaz satışının qiymətlərini “elektron platforma” vasitəsilə müəyyən edəcək.

Həmidə İbrahimova