Vatikan Rusiyadan ÜZR İSTƏDİ
Roma Papası Fransisk Rusiyadakı iki etnik azlıq olan çeçenlər və buryatları Ukraynada döyüşən “ən qəddar” hərbçilər adlandırdıqdan sonra Vatikan üzr istəyib.
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Vatikan Dövlət Katibliyi Rusiyadan üzr istəyir. Müqəddəs Taxt-Tac Rusiyanın bütün xalqlarına, onların ləyaqətinə, inancına və mədəniyyətinə, eləcə də digər ölkələr və xalqlara dərin hörmət bəsləyir", - deyə məlumatda bildirilib.
Nərmin VÜQARQIZI












