Rusiyada hərbi təyyarə hava limanında yandı
Rusiyanın Novosibirsk hava limanında AN-12 hərbi-nəqliyyat təyyarəsi uçuş-enmə zolağında yanıb.
Redaktor.az xəbər verir ki, bu barədə bir sıra Rusiya KİV-ləri məlumat yayıb və hadisə yerindən video yayıblar.
Məlum olub ki, yanğın Tolmaçevo hava limanında təcili enişdən sonra təyyarənin sağ qanadı alovlanıb.
İlkin məlumata görə, mühərrik alışıb.
Yanğın dərhal söndürülüb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl, oktyabrın 17-də Yeyskdə Su-34 səsdən sürətli qırıcı bombardmançı Ukraynada yaşayış binasının üzərinə düşüb. Daha sonra 15 nəfər ölüb, pilotlar qaça biliblər.
Oktyabrın 23-də dəRusiyanın İrkutsk şəhərində Su-30 döyüş təyyarəsi zavoddan havaya qalxdıqdan dərhal sonra yaşayış binasına çırpılıb. İki pilot həlak olub.
Dekabrın 15-nə olan məlumata görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibədə artıq 281 təyyarə itirib.
Tunar Altunbay












