Ukraynadakı müharibəyə könüllü qoşulan ruslar peşmandır

 18:22 15.12.2022     666

Rus əsgərlər pis həyat şəraitindən, qeyri-adekvat təlimdən və spirtli içkinin azlığından şikayət edir. 

Redaktor.az "newsweek"ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin müşaviri Anton Geraşenko tviterdə video paylaşıb.

"Buralar bərbad gündədir. Qışın bu çağında adi çadirda qalırırq. Müharibəyə özüm könüllü gəlmişəm, mənə heç nə öyrətmirlər, sonra araq içməyim barədə raport yazırlar",- videodakı rus əsgər deyib.

Anton Geraşenko onu da qeyd edib ki, səfərbər edilmiş bütün ruslar bu vəziyyətdədir və onların içində olduqları şərait əslində günü-gündən pisləşir.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən