71 yaşlı prezident biabır oldu - VİDEO

 19:20 15.12.2022     437

Cənubi Sudanın prezidenti Salva Kiir Mayardit xoşagəlməz anlar yaşayıb.

Redaktor.az xəbər verir ki, yeni yolun açılış mərasiminə qatılan 71 yaşlı ölkə lideri idrarını saxlaya bilməyib.

Həmin anlar kameralara tuş gəlib.

Prezidentin mətbuat xidməti olayı belə şərh edib:

"Baş vermiş hadisə himnin ifası zamanı cənab prezidentin riqqətə gəlməsi ilə bağlıdır".

Qeyd edək ki, Salva Kiir Mayardit 2011-ci ildən Cənubi Sudana rəhbərlik edir.