"Ruslar Kiyevə hücuma hazırlaşır" - Zalujni

 20:35 15.12.2022     258

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının sözlərinə görə, işğalçılar Kiyevi ələ keçirmək üçün növbəti dəfə cəhd edəcəklər.

Redaktor.az xəbər verir ki, ukraynalı general bu barədə "The Economist"ə danışıb.

"Rusiada səfərbərlik yaradı. Bizim hesablamalarımıza görə,onların 1,2-1,5 milyon nəfər ehtiyatı var. 200 minə yaxın yeni əsgər hazırlayırlar. Məndə isə bu qədər əsgər yoxdur. Şübhəsiz ki, onlar yenidən Kiyevə hücum edəcəklər”, - Zalujnı deyib.

Tunar Altunbay