Kosovo da Avropa İttifaqına ərizə verdi

 22:50 15.12.2022     453

Kosovonun baş naziri Albin Kurti Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Çexiyaya təşkilata üzvlük ərizəsini təhvil verib.

Redaktor.az xəbər verir ki, sənəd dekabrın 14-də imzalanıb.

Kosovo öz regionunda hələ də Aİ-yə üzvlük üçün müraciət etməyən yeganə ölkədir. Dövlət 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Onu 110-a yaxın ölkə tanıyır. Yunanıstan, İspaniya, Kipr, Rumıniya və Slovakiya, eləcə də Rusiya və Azərbaycan bu siyahıda yoxdur.

 

Vumart və Güvən reklamı Vumart Güvən