Məhəmməd peyğəmbəri təhqir edən din xadimini edam gözləyir

Nigeriyanın Kano əyalətində Məhəmməd peyğəmbəri təhqir edən din xadimi Şeyx Əbdülcabar Nasiru Kabara edam cəzasına məhkum edilib.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, məhkəmə sədri İbrahim Sarki-Yolanın sözlərinə görə, onun Məhəmməd peyğəmbəri təhqir etməsi sübuta yetirilib və buna görə də ona ölüm cəzası verilib.
Məlumata görə, Kabaranın din xadimi işlədiyi iki məscid də müsadirə edilib.
Məhkəmə isə Kabaraya qərardan şikayət etmək üçün 30 gün vaxt verib.
Qeyd olunur ki, Qədiriyyə İslam Hərəkatının lideri və ölkədə özünü din adamı kimi təqdim edən Kabara İslam peyğəmbərini təhqir etdiyinə görə, 16 iyul 2021-ci ildə saxlanılıb.
Həmidə İbrahimova