Türkiyədə partlayışda 9 nəfər yaralandı - VİDEO

 09:36 16.12.2022     294

Bu gün Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 polis 1 mülki vətəndaş yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İhlas Xəbər Agentliyi (İHA) məlumat yayıb.

Məlumata görə, polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Hadisənin nəticələri araşdırılır.

Daxili işlər naziri Süleyman Soylu sosial media hesabında etdiyi paylaşımda hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib:

"Diyarbəkirdə xidmətə gedən polis avtomobilimiz yoldan keçərkən, saat 05.10 radələrində yol kənarında park edilmiş avtomobildə partlayış baş verdi. Ehtiyat tədbiri olaraq polis dostlarımız xəstəxanaya aparılıb və ambulator müayinələr aparılıb. Hadisəni törədən hesab edilən iki nəfər nəzarətə götürülüb".

Tunar Altunbay

22
Vumart və Güvən reklamı Vumart Güvən