Ukraynada genişmiqyaslı hava xəbərdarlığı elan edildi

 11:08 16.12.2022     155

Ukraynada dekabrın 16-da genişmiqyaslı hava xəbərdarlığı elan olunub.

Redaktor.az xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir. Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko ukraynalıları ehtiyatlı olmağa çağırıb.

O, sosial şəbəkədə əhalini hava hücumu xəbərdarlığına məhəl qoymağa və sığınacaqlarda qalmağa çağırıb.

Nikolaev vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim təqribən 60 raketin atılacağını gözlədiklərini açıqlayıb.