Miqrantları daşıyan mikroavtobus su kanalına düşdü - Ölənlər var
Türkiyənin Şanlıurfa vilayətində qanunsuz miqrantları daşıyan mikroavtobus su kanalına aşıb, 6 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Şanlıurfa valisi Salih Ayhan məlumat yayıb.
O bildirib ki, mikroavtobusda 31 qanunsuz miqrant olub.












