Rəisiyə etiraz edən partiya sədrinə 12 il həbs verildi  - FOTO

 18:11 16.12.2022     360

İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilib. Məhkəmə qərarı ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub.

Məhəmməd Zare Fuməninin işinə yenidən baxan Xüsusi Ruhani Məhkəməsi ilkin qərarı qüvvədə saxlayıb.

Məlumatda qeyd olunub ki, Fuməni mühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra narazılar sırasına qoşulub.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən