Bu kanalların Avropada yayımı qadağan edildi 

 19:56 16.12.2022     397

Avropa İttifaqı (Aİ) Rusiyanın daha dörd telekanalının yayımını dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb

Bildirilir ki, Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində NTV, “Rossiya 1”, REN TV və “Pervıy kanal”ın yayım lisenziyalarının fəaliyyətinin dayandırılması prosesinə başlanılıb.

Qeyd olunur ki, telekanallar daim Rusiya rəhbərliyinin birbaşa və ya dolayı nəzarəti altındadır, onlardan fasiləsiz və koordinasiyalı dezinformasiya, habelə təbliğat üçün istifadə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən