Uqandada dəhşət - Begemot iki yaşlı uşağı uddu

 21:26 16.12.2022     520

Uqandada dəhşətli hadisə baş verib.

Redaktor.az xəbər verir ki, begemot gölün sahilində oynayan iki uşağa hücum edib.

Məlumata görə, nəhəng heyvan uşaqlardan birini udub.

“Telegraph” qəzetinin məlumatına görə, begemot iki yaşlı uşağı udandan sonra ətrafdakı sakinlər hərəkətə keçib. Onlar begemota daşla hücum edib. Sakinlərin bu həmləsi nəticə verib. Begemot udduğu uşağı geri qaytarıb. Xəstəxanaya yerləşdirilən uşağın səhhəti normaldır.

Onun səhhətində ciddi xəsarət yoxdur. Bildirilir ki, begemotun insanlara hücum edərək udması nadir hadisədir (metbuat.az).

Vumart və Güvən reklamı Vumart Güvən