Paşinyan Britaniya kəşfiyyatının rəhbəri ilə görüşdü
Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Kəşfiyyat Xidmətinin (Mİ-6) rəhbəri Riçard Murla görüşüb.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, 2022-ci ildə Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri də Ermənistana səfər ediblər.
Tunar Altunbay












