Bu ölkədə “TikTok” tətbiqinə giriş bloklandı

 10:56 17.12.2022     357

İordaniyada “TikTok” tətbiqinin zorakılığa təşviq edən paylaşımlara görə müvəqqəti olaraq bloklanıb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, neft qiymətlərinin artması səbəbindən ölkədə baş verən nümayişlər və zorakılıqlardan sonra İordaniya Təhlükəsizlik Baş İdarəsinin Kiber Cinayətlər Bölməsi tərəfindən yazılı açıqlama verilib.

Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Şöbəsi sosial şəbəkələrdə, xüsusilə nifrət, təxribat, təhlükəsizlik qüvvələrinə və ictimai əmlaka hücum, yolların bağlanması təbliğat xarakterli yazıları izləyir.

Məlumata görə, ölkə daxilində baş verən zorakılıq hadisələri zamanı 49 polis yaralanıb, polisə aid 70 avtomobil zədələnib.

İordaniyada yük maşınlarının sürücüləri dekabrın 5-də neftin qiymətinin aşağı salınması tələbi ilə tətilə çıxıblar. Daha sonra tətilə ictimai nəqliyyat vasitələrinin və su tankerlərinin sürücüləri də qoşulub.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən