“Siyasi məsələ deyil" - Ərdoğan ilk dəfə Əkrəm İmamoğlu barədə

 16:48 17.12.2022     239

“Məhkəmənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarması siyasi məsələ deyil”.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində xalqa müraciət edərkən deyib.

O bildirib ki, məsələnin motivi siyasi mübahisə yox, Ə.İmamoğlunun Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməsidir: “Mən də bəzi məhkəmə qərarlarını tənqid edirəm, amma bu, heç kimə hakimləri təhqir etmək və ya məhkəmə qərarlarını tanımamaqla bağlı hüquq vermir”.

R.T.Ərdoğan söyləyib ki, məsələ hələ yekunlaşmayıb və daha iki məhkəmə instansiyasında baxılacaq: “Əgər bir qüsur varsa, onlar düzəldərlər”.

Qeyd edək ki, dekabrın 14-də İstanbul məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verib. O, Mərkəzi Seçki Komissiyasının (CHP) üzvlərini təhqir etməkdə ittiham olunub.

Ə.İmamoğlunun qərardan şikayət etmək hüququ var.

Qərar yalnız yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.