“Mardin hava limanına Əziz Səncər adı veriləcək”- Ərdoğan — VİDEO

 23:30 17.12.2022     338

Türkiyənin Mardin hava limanına Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin adı veriləcək.

Redaktor.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı Mardində bir sıra obyektlərin açılış mərasiminə qatılıb.

O, şəhərin 15 İyul Demokratiya və Şəhidlər Meydanında yerli sakinlərlə görüşüb.

Məlumata görə, Türkiyə Prezidenti ilə görüşmək üçün 75 min nəfər meydana axışıb.