Pentaqondan “uçan boşqab” açıqlaması:  "Yerdən kənar canlıların mövcudluğunu istisna etmirik"

 11:25 18.12.2022     423

Pentaqonun UNO (uçan naməlum obyekt) barədə xəbərləri araşdırması nəticəsində indiyədək yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə dair heç bir sübut əldə edilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Pentaqonun istər kosmosda, istər səmada, istərsə də suyun altında anormal, naməlum obyektləri tədqiq etmək səyləri yüzlərlə yeni hesabatlarla nəticələnib ki, hazırda onlar araşdırılır. Ancaq indiyə qədər şüurlu yadplanetli həyata işarə edəcək heç nə tapılmayıb.

Müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini Ronald Moultri məlumatı təsdiqləsə də, Pentaqonun yeni yaradılmış Anomaliyalar İdarəsinin (AARO) direktoru Şon Kirkpatrik yerdən kənar canlıların mövcudluğunu istisna etməyib.

Eyni zamanda, tədqiqata elmi yanaşıldığı diqqətə çatdırılıb.