Prezident Saakaşvili barədə: Gözləyin...

 12:03 18.12.2022     294

"Bu qütbləşməyə səbəb olan əsas məsələlərdən biri də keçmiş prezident Mixail Saakaşvili  məsələsidir. Yenə deyirəm, bu ölkə və onun reputasiyası, eləcə də bütün tərəflər üçün spekulyasiyalara son qoymaq və dekabrın 22-də çıxacaq qərarı gözləmək çox vacibdir”.

Redaktor.az xəbər verir ki, bu sözləri pezident Salome Zurabişvili diplomatik korpusun nümayəndələri üçün Orbeliani sarayında Yeni il öncəsi keçirilən ziyafətdə deyib. 

Dövlət başçısı məhkəmənin 22 dekabrda Mixail Saakaşvili barədə verəcək qərarı gözləməyə və ölkədə qütbləşməyə son qoymaq üçün hər kəsi səbirli olmağa çağırıb.

“Əhalimizin istəkləri aydındır, onlar qütbləşməyə son qoymaq istəyirlər. Yeni qüvvələr, yeni fiqurlar və Gürcüstanın gələcəyi üçün yeni perspektivlər görmək niyyətindədirlər. İndiki mərhələdə istər çoxluğun, istərsə də müxalifətin siyasi qüvvələrinin iradəsi önəmli deyil. Onlar hələ də  öz güclərindən və partiya ambisiyalarından yapışırlar. Bu qütbləşməyə səbəb olan əsas məsələlərdən biri də keçmiş prezident məsələsidir. Mən dedim və təkrar edəcəyəm ki, bu ölkə və onun nüfuzu, daxili sabitliyi və gələcəyi üçün çox vacibdir. Bütün tərəflər spekulyasiyanı dayandırsınlar və dekabrın 22-də çıxacaq qərar gözləsinlər",- Salome Zurabişvili söyləyib.

Məlumat üçün bildirək ki, dekabrın 22-də Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze Mixail Saakaşvilinin cəzasının ləğvi və ya təxirə salınması barədə vəsatətə baxacaq.