Roma Papası taxt-tacdan imtina barədə sənədi imzaladı

 16:12 18.12.2022     435

Roma Papası Fransisk səhhətinin ciddi şəkildə pisləşəcəyi təqdirdə taxt-tacdan imtinası ilə bağlı sənəd imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə pontifik İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.

"Tibbi və ya başqa bir səbəbdən maneə yaranarsa, mənim imtinam budur", - pontifik deyib.

O, həmçinin 2013-cü ildə son bir neçə əsrdə taxtdan imtina edən ilk Papa olmuş XVI Benediktə tez-tez baş çəkdiyini vurğulayıb. Frensis 95 yaşlı Benedikti “müqəddəs” adlandırıb.

Qeyd edək ki, Fransiskin dekabrın 17-də 86 yaşı tamam olub.

Vumart və Güvən reklamı Vumart Güvən