Belçika XİN öz vətəndaşlarına İranı tərk etməyi tövsiyə etdi

 23:46 18.12.2022     203

Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqları təmin edilə bilməz”, - bəyanatda deyilir.

Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.