Pakistan Hindistanı hədələdi: “Atom bombamız var”

Pakistanın dövlət naziri Şazia Marri Hindistanın Pakistanın atom bombasına sahib olduğunu unutmamasını və lazım gələrsə, ondan istifadə etməkdən çəkinməyəcəklərini bildirib.
Redaktor.az “Haber Global”a isinadla xəbər verir ki, Şazia Marri Lahorda keçirdiyi mətbuat konfransında Hindistanı hədələyib.
O, qeyd edib ki, Hindistan müharibəni seçərsə, cavab alacaq.
Həmidə İbrahimova