106 matrosun olduğu hərbi gəmi BATDI

Tailand sahillərində hərbi gəmi batıb.
Redaktor.az xəbər verir ki, hadisə Tailand körfəzində baş verib.
Gəmidə olan 106 matrosdan 75-nin həyatı xilas edilsə də, 31 nəfərin taleyindən xəbər yoxdur.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir və hadisənin səbəbləri araşdırılır.