Ukraynada son sutkada 520 işğalçı MƏHV EDİLDİ - FOTO
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 98800-ə yaxın (+520) nəfər canlı qüvvəsi, 2988 (+1) tank, 5969 (+6) ədəd zirehli döyüş maşını, 1953 (+5) ədəd artileriya sistemi, 410(+0) reaktiv yaylım atəşi sistemi, 212 (+1) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 167 (+0) PUA, 653 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4592 (+13) avtomobil texnikası və avtosistern, 175 (+1) xüsusi texnikası məhv edilib.
Tunar Altunbay













