Ruslar Xersonda administrasiya binasına hücum etdi

 12:33 19.12.2022     518

Rusiya ordusu bu gün Xerson vilayəti hərbi administrasiyasının binasına hücum edib.

Redaktor.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

O, hücum nəticəsində binanın zərər gördüyünü bildirib.

İtkilər barədə məlumat verilməyib.

Xatırladaq ki, bu gün Xersonda ard-arda partlayışlar olub.

Vumart və Güvən reklamı Vumart Güvən