“Belqorodun hava məkanında ABŞ raketləri vurulub” - Rusiya MN

 15:45 19.12.2022     385

Rusiya Silahlı Qüvvələri Belqorod vilayətinin hava məkanında ABŞ istehsalı olan 4 ədəd HARM raketi vurub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov brifinqdə məlumat verib.

O, bunların anti-radar raketləri olduğunu bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 344 təyyarə, 184 helikopter, 2684 pilotsuz uçuş aparatı, 398 zenit-raket kompleksi, 7159 tank və digər zirehli döyüş texnikası, 931 döyüş maşını,  reaktiv yaylım atəşi sistemləri, 3691 top artilleriya və minaatan, o cümlədən 7664 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən