İran-Pakistan sərhədində qanlı toqquşma: Dörd SEPAH döyüşçüsü öldürüldü

 15:49 19.12.2022     300

Bu gün İran-Pakistan sərhədində yerləşən Saravan sərhəd-keçid məntəqəsi yaxınlığında SEPAH-ın döyüşçüləri ilə naməlum silahlı qruplaşma üzvləri arasında şiddətli atışma olub.

Redaktor.az xəbər verir ki, bu barədə İranın “Telegram” kanalları məlumat yayıblar.

Silahlı toqquşma nəticəsində SEPAH-ın dörd hərbçisi öldürülüb. Məlumatı İslam İnqilabı Keşikçiləri Korpusundan da təsdiqləyiblər.

Öldürülən iranlı hərbçilərin adları və rütbələri açıqlanıb.

Hələlik silahlı toqquşmanın hansı səbəbdən baş verdiyi bilinmir.

 

Vumart və Güvən reklamı Vumart Güvən