İran Səudiyyə Ərəbistanı ilə barışmaq istəyir

 20:53 19.12.2022     190

İran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

"Səudiyyə Ərəbistanı ilə danışıqlar əvvəlki yolla davam edəcək, biz rəsmi diplomatiya yolu ilə getməyə, iki ölkənin səfirliklərini yenidən açmağa və Səudiyyə tərəfi buna hazır olduqdan sonra normal münasibətlərə qayıtmağa hazırıq", - İranın xarici işlər naziri bildirib.

Dekabrın 17-də İRNA agentliyi məlumat yayıb ki, İran prezidenti İbrahim Rəisi Əmman konfransı çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə görüşə bilər.

Abdullahianın sözlərinə görə, dekabrın 20-də Əmmanda keçiriləcək konfransda "regiondakı problemlərin aradan qaldırılması üçün platforma yaradıla bilər".