Ukraynada rusların daha iki helikopteri vuruldu
Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin, silahlarının və hərbi texnikalarının cəmləşdiyi ərazilərə 12 zərbə endirib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, hücum zamanı rusların ikihelikopterini vurub və düşmənin sursat anbarını məhv edib.
Helikopterlərin növü barədə məlumat hələ də dəqiqləşdirilir.
Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna aviasiyası bir gün ərzində düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12, zenit-raket komplekslərinin mövqelərinə isə 5 zərbə endirib.
Tunar Altunbay












