Belarus Rusiyadan aldığı S-400 və "İsgəndər"ləri döyüş nöqtəsinə qoydu
Belarus Rusiyanın təhvil verdiyi S-400 və "İsgəndər" komplekslərini döyüş növbəsinə qoyub.
Redaktor.az xəbər verir ki, bunu Balarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşün yekunları üzrə jurnalistlərə deyib.
“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini və ən əsası yarım il əvvəl söz verdiyiniz və bizə təhvil verdiyiniz “İsgəndər” kompleksini döyüş növbəsinə qoyuruq”, - deyə Belarus lideri bildirib.
Turan İSMAYIL












