"Belarus Rusiyasız öz suverenliyini qoruya bilməz" - Lukaşenko

 22:59 19.12.2022     129

"Belarus yalnız Rusiyanın köməyi ilə öz suverenliyini qoruya biləcək".

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunu zamanı deyib.

"Açığını deyim ki, biz müstəqilliyimizi, suverenliyimizi Rusiyasız təkbaşına qoruya bilirikmi? Bacarmadıq. Çətin vaxtlarda da Putin kömək etməkdən imtina etməyib. Bu gün qışqırırlar: Putin gəlib, kimisə qorxudur... Bəli gəlib, amma Belarusun yaxın adamı kimi", - Lukaşenko bildirib.

Tunar Altunbay