İngiltərə əvvəlcə Argentinanın işğal etdiyi torpağını qaytarsın... - Medvedev

 23:26 19.12.2022     228

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanın baş naziri Rişi Sunakın rus qoşunlarının Ukraynadan çıxarılmasının zəruriliyi ilə bağlı sözlərini ikiüzlülüki adlandırıb və ingilisləri Folklend (Malvin adaları) adalarını Argentinaya qaytarmağa dəvət edib. 

Redaktor.az xəbər verir ki, Medvedev öz Telegram kanalında Sunakın Rusiya qoşunlarını Ukraynadan çıxarmayana qədər heç bir danışıqlara gedə bilməyəcəyinə dair sözlərinə diqqət çəkib.

"Yalan, ikiüzlülük və ifrat sinizm ortaya çıxır. Yaxşı olar ki, ingilislər nəhayət Folklend adalarından çıxıb onu  Argentinalılara qaytarsınlar. Folklendlər Britaniya deyil, Argentinadır!" - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

O, həmçinin Argentina millisini Qətərdə keçirilən dünya çempionatında qalib gəlməsi münasibətilə təbrik edib.

"Xarici siyasət sferasında da belə davam edin!", - Medvedev əlavə edib.

Qeyd edək ki,  Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend adaları 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub. 1982-ci ildə adalar uğrunda müharibədə Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşlərdə 649 əsgər itirərək məğlub olub. Britaniya tərəfinin itkisi 255 nəfər təşkil edib.

Tunar Altunbay