Kapitoliyə hücuma görə Trampa cinayət işi açıla bilər

 23:51 19.12.2022     240

ABŞ Konqresinin Xüsusi Komitəsi federal prokurorlardan 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdakı roluna görə keçmiş prezident Donald Trampa qarşı cinayət ittihamı irəli sürməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə "reuters" məlumat yayıb.

Demokratların rəhbərlik etdiyi seçmə komitə Ədliyyə Departamentindən Respublikaçı keçmiş prezidentə qarşı ittihamlar irəli sürməyi, o cümlədən Trampı Konqresin rəsmi prosesinə mane olmaq, üsyan qaldırmaqda ittiham olunmasını istəyir.

Bildirilir ki, tələb məcburi deyil, lakin Trampın çoxsaylı təhqiqatlarını aparan prokurorların hərəkətə keçməsi üçün təzyiqi artıra bilər.

Turan İSMAYIL